Tbilisidə Rike-Narikala kanat yolu bu tarixlərdə işləməyəcək

Rike-Narikala kanat yolu 30 iyun–4 iyul tarixlərində sərnişinləri qəbul etməyəcək. Səbəb texniki reqlamentə uyğun planlı baxış və texniki xidmət işlərinin aparılmasıdır.
Bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb.
Meriya bildirib ki, bu müddətdə kanat yolunda müvafiq inspeksiya və texniki xidmət həyata keçiriləcək.
“Tbilisi Nəqliyyat Şirkəti yaranan narahatlığa görə üzr istəyir,” – deyə meriyanın yaydığı məlumatda qeyd olunub.
mənbə: interpress