Tbilisi Vaqon Təmiri Zavodunda prokurorluq əməliyyat keçirib
Gürcüstan Baş Prokurorluğu paytaxtın Vaqon Təmiri Zavodunda ("Elektrikli hərəkət tərkibinin təmiri zavodu" ASC-nin Tbilisi filialı) axtarışlar həyata keçirib.
Xeber.ge xəbər verir ki,
Bildirilib ki, istintaqın başlanmasına Tbilisi Meriyasının Daxili Audit və Monitorinq Xidmətindən daxil olan müraciət və yoxlama materialları əsas olub. Məhkəmə qərarı əsasında fevralın 3-də bir neçə ünvanda, o cümlədən zavodun binasında axtarış-istintaq tədbirləri keçirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin müvafiq bəndləri (külli miqdarda mənimsəmə və ya israf etmə) ilə cinayət işi davam etdirilir.