Ağciyər xərçənginin skrininqi proqramı tam maliyyələşdiriləcək

Feb 4, 2026 - 12:34
Feb 4, 2026 - 13:08
 0  17
Ağciyər xərçənginin skrininqi proqramı tam maliyyələşdiriləcək

Tbilisi meriyası xərçəng xəstəliklərinin profilaktikası və müalicəsi məqsədilə həyata keçirdiyi skrininq proqramına yeni, 6-cı komponenti əlavə edib.

Xeber.ge xəbər verir ki, may ayının 1-dən etibarən paytaxtda ağciyər xərçənginin skrininqi proqramı fəaliyyətə başlayacaq və bu xidmət tamamilə pulsuz (meriya tərəfindən maliyyələşdirilən) olacaq.

Hazırda Tbilisidə həyata keçirilən xəstəliklərin skrininqi proqramı çərçivəsində yaş qruplarına uyğun olaraq aşağıdakı komponentlər tam maliyyələşdirilir:

Süd vəzisi xərçəngi;

Uşaqlıq boynu xərçəngi;

Kolorektal xərçəng (bağırsaq xərçəngi);

Prostat xərçəngi;

Qalxanvari vəzi xərçəngi.

Bundan əlavə, meriya sümük iliyi transplantasiyası, süd vəzisi xərçəngi əleyhinə dərman preparatlarının təminatı və onkoloji xəstələrin digər tibbi ehtiyaclarının maliyyələşdirilməsi proqramlarını da idarə edir.