Rustavidə qəza: 4 qadın xəstəxanaya yerləşdirildi

Nov 11, 2026 - 11:56
 0  22

Rustavidə baş verən avtomobil qəzası nəticəsində 4 nəfər xəsarət alıb.

XEBER.GE xeber  verir ki, hadisə barədə məlumatı və görüntüləri “Info Rustavi” yayıb.

“Sahil” küçəsində “Honda” və “Ford” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 qadın xəsarət alıb.

Hadisə yerinə 112 xidmətinin bütün briqadaları cəlb olunub. Yaralılar “Rustavi Klinikası”na aparılıblar.

Məlumata görə, xəsarət alanların vəziyyəti stabildir.

Faktla bağlı araşdırma başlanılıb.