"Rusiyaya eşq olsun" qışqıraraq kafeyə sidik axıdan Rusiya vətəndaşı Tbilisidə həbs edilib

Sep 30, 2026 - 10:09
 0  18
"Rusiyaya eşq olsun" qışqıraraq kafeyə sidik axıdan Rusiya vətəndaşı Tbilisidə həbs edilib

Tbilisidə, Ortaçaladakı "Monolit" yaşayış kompleksinin ərazisində yerləşən kafedə oturan insanların üzərinə balkondan sidik axıdan Rusiya vətəndaşı saxlanılıb.

XEBER.GE xeber  verir ki, şahidlər "TV Pirveli"yə danışırlar ki, bu hərəkətdən sonra həmin şəxs "sanuzelin məşğul olduğunu və başqa çıxış yolunun olmadığını" bildirib. Eyni zamanda, hadisənin şahidi olan vətəndaşların verdiyi məlumata görə, o, balkondan "Rusiyaya eşq olsun" deyə qışqırıb.

İnsidentdən sonra sakinlər polis çağırıblar.

DİN "TV Pirveli"yə Rusiya vətəndaşının inzibati qaydada saxlandığını təsdiqləyir.

İş üzrə icraat İnzibati Xətalar Məcəlləsinin 166-cı və 171-ci maddələri ilə aparılır.

Bu maddələrə daxildir: ictimai yerlərdə insanın ləyaqətini və ictimai əxlaqı təhqir edən hərəkətin törədilməsi, bu, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına açıq-aşkar hörmətsizliklə ifadə olunur və insan üçün alçaldıcı və ya təhqiramiz mühitin yaradılmasına səbəb olur (seksual xarakterli davranış, tam və ya kısmi əxlaqsız çılpaqlıq, ictimai yerlərdə fizioloji tələbatın ödənilməsi).