Sairme yolunda torpaq uçğunu: Avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

Aug 27, 2026 - 20:36
 0  14
Sairme yolunda torpaq uçğunu: Avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxili əhəmiyyətli Tsxaltashua-Sairme kurort avtomobil yolunun 3-cü kilometrində torpaq kütləsi uçaraq yolun hərəkət hissəsini bağlayıb.

XEBER.GE xeber  verir ki, bu səbəbdən sözügedən yolda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Hadisə yerinə xüsusi texnika cəlb olunub və nəqliyyatın hərəkətini ən qısa müddətdə bərpa etmək üçün təmizləmə işləri intensiv rejimdə davam etdirilir.