Rustavidə 12 yaşlı qız 3-cü mərtəbənin balkonundan yıxılıb
Rustavidə 19-cu mikrorayonda yerləşən yaşayış binalarından birinin 3-cü mərtəbəsinin balkonundan 12 yaşlı qız yıxılıb. Bu barədə məlumatı "Info Rustavi" nəşri yayıb.
XEBER.GE xeber verir ki, məlumata görə, yeniyetmə dərhal təcili tibbi yardım heyəti tərəfindən "Rustavi" klinikasına çatdırılıb.
12 yaşlı qız xəstəxanaya gətirilərkən huşlu və kontaktlı vəziyyətdə olub.
Agentlik bildirir ki, pasiyent hazırda həkim nəzarətindədir və ona müvafiq tibbi müayinələr aparılır.