DİN böyük miqdarda narkotik maddənin əldə edilməsi və saxlanılması faktına görə iki əcnəbi vətəndaşı saxlayıb

Jun 26, 2025 - 12:01
 0  21
DİN böyük miqdarda narkotik maddənin əldə edilməsi və saxlanılması faktına görə iki əcnəbi vətəndaşı saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, satışa hazırlıq və satışa cəhd faktları üzrə iki əcnəbi vətəndaşı saxlayıblar. Saxlanılan şəxslər 2005-ci il təvəllüdlü K.B. və 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Q.-dır. Onlar müxtəlif vaxtlarda saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, K.B.-nin üzərində və müvəqqəti yaşadığı evdə, eləcə də müxtəlif ünvanlarda aparılan axtarış zamanı satış məqsədilə saxlanılan narkotik vasitə – “metadon” maddi sübut kimi götürülüb. Eyni narkotik vasitə – metadon M.Q.-nın avtomobilində aparılan axtarış nəticəsində də aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı və 19-260-cı maddələri ilə aparılır.

Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

mənbə: marneulifm