Yunanıstanda gürcü qadın meşə yanğınının törədilməsində şübhəli bilinərək saxlanılıb

Yunanıstanda Gürcüstan vətəndaşı olan bir qadın saxlanılıb. O, Çios adasında baş vermiş meşə yanğınının törədilməsində şübhəli şəxs qismində həbs edilib. Rəsmi məlumata əsasən, qadın siqaret kötüyünü yerə atmaqda ittiham olunur və bu, yanğının başlamasına səbəb olmuş ola bilər.
Yanğın 22 iyun tarixində Çios adasında başlayıb və üç gün ərzində təxminən 4 000 hektar meşə sahəsi yanıb. Bu barədə 25 iyun tarixində Yunanıstanın İqlim Böhranı və Vətəndaşların Mühafizəsi Nazirliyi məlumat yayıb.
Rəsmi qurumların bildirdiyinə görə, qadın 24 iyun axşamı saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyən olunması üçün istintaq davam edir.
Reuters agentliyinə danışan Yunanıstan yanğınsöndürmə xidmətinin iki nümayəndəsi bildirib ki, qadına “ehtiyatsızlıq səbəbilə yanğına səbəb olmaq” maddəsi ilə cinayət işi açılıb. Onların sözlərinə görə, şahidlər qadının siqaret kötüyünü yerə atdığını görüblər.
mənbə: marneulifm