Kişini güllələməyə cəhd edən patrul polisi saxlanıldı

Telavi rayonunun Ruispiri kəndində baş verən silahlı insidentlə bağlı daxili işlər nazirliyinin patrul polisi idarəsinin əməkdaşı B.G. qəsdən adam öldürməyə cəhd maddəsi ilə saxlanılıb.
Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Prokurorluğun məlumatına görə, xüsusi istintaq xidmətinin apardığı cinayət işi çərçivəsində istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə – qəsdən adam öldürməyə cəhd faktı üzrə aparılır.
İlkin istintaq məlumatına əsasən, patrul inspektoru cinayəti xidmətdən kənar vaxtda, ona məxsus odlu silahdan istifadə edərək törədib və hadisə zamanı sərxoş vəziyyətdə olub.
Prokurorluq bildirib ki, saxlanılan şəxsə ittiham qanunla müəyyən olunmuş müddətdə irəli sürüləcək.
İstintaq davam edir.
mənbə: interpress