Britaniyada 8 mağazanı qarət edən gürcü saxlanıldı

Sep 8, 2026 - 10:02
 0  8
Britaniyada 8 mağazanı qarət edən gürcü saxlanıldı

Böyük Britaniyada 8 elektronika mağazasının qarətində ittiham olunan 27 yaşlı gürcü həbs edilib

XEBER.GE xeber  verir ki, Böyük Britaniyada, Suonsi Kral Məhkəməsi Londonda yaşayan 27 yaşlı Gürcüstan vətəndaşını 20 ay müddətinə azadlıqdan məhrum edib.

O, elektronika mağazalar şəbəkəsi Currys-in müxtəlif filiallarından ümumi dəyəri 19 min funt sterlinqdən çox olan məhsulları oğurlamaqda ittiham olunub.

Məhkəmədə bildirilib ki, şəxs 10 gün ərzində Uels, Devon və Kornuoll bölgələrində yerləşən Currys mağazalarında 8 oğurluq hadisəsi törədib. Hadisələr Torki, Penzans, Truro, Plimut, Barnstapl, Karmarten və Haverfordvest şəhərlərində baş verib.

İstintaqın məlumatına görə, 27 yaşlı şəxs oğurluqları iki nəfər əlbir şəxslə birlikdə həyata keçirib. Oğurlanan elektronika məhsullarının ümumi dəyəri 19 min funt sterlinqdən çox olub.

Məhkəmə nəticəsində təqsirləndirilən şəxsə 20 ay həbs cəzası verilib.