Gürcüstanda Edelweiss Air fəaliyyətə başlayır

Mar 26, 2025 - 13:50
 0  38
Gürcüstanda Edelweiss Air fəaliyyətə başlayır

Gürcüstanın aviator bazarında "Lufthansa Group"a daxil olan İsveçrə aviaşirkəti Edelweiss Air fəaliyyətə başlayır.


Bu barədə məlumatı Vətəndaş Aviasiyası Agentliyi yayıb.

Agentliyin məlumatına görə, uçuşlar Sürix - Tbilisi - Sürix marşrutu üzrə Tbilisi Beynəlxalq Aeroportundan həyata keçiriləcək.

Bundan əlavə, Vətəndaş Aviasiyası Agentliyinə təqdim edilən müraciətə əsasən, aviareyslər 12 aprel tarixindən etibarən həftədə 2 dəfə, hər çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Edelweiss Air-in rəsmi veb-saytında qeyd olunduğu kimi, uçuşlar aprel ayından oktyabr ayına qədər davam edəcək.

Biletin qiymətinə gəldikdə, 12 aprel tarixli uçuş 268 avro təşkil edir. Lakin qiymət diapazonu dəyişkəndir və orta hesabla 189 avro ilə 393 avro arasında dəyişir.

Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Vətəndaş Aviasiyası Agentliyi bu il martın 20-də aviaşirkətə uçuşların həyata keçirilməsi üçün müvafiq icazəni verib.

Edelweiss Air, səyahət etmək və dincəlmək istəyənlər üçün turistik istiqamətlər təklif etməyə yönəlib.

Vətəndaş Aviasiyası Agentliyində qeyd edildiyi kimi, aviaşirkətin Gürcüstan aviator bazarına daxil olması, Gürcüstan ilə İsveçrə arasında hərəkəti daha əlçatan edəcək və Avropadan turizm axınının artmasına kömək edəcək.

mənbə: marneulifm