Rustavidə iki avtomobili dələduzluqla satmaqda şübhəli bilinən şəxs saxlanıldı

Oct 24, 2026 - 13:29
 0  7
Rustavidə iki avtomobili dələduzluqla satmaqda şübhəli bilinən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dəfələrlə dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan bir nəfəri saxlayıblar. Həmin şəxs əvvəllər də eyni cinayətə görə məhkum olunub.

XEBER.GE xeber  verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bir vətəndaşa iki avtomobil satıb və bunun müqabilində pulun hamısını alıb. Avtomobilləri alıcının adına rəsmiləşdirdikdən sonra onları 10 günlük müddətə geri götürüb. O, avtomobilləri icarəyə verməyi və əldə olunan gəliri bölüşməyi vəd etsə də, razılaşmanın şərtlərini pozaraq hər iki avtomobili başqa şəxslərə satıb.

Bu cinayət nəticəsində zərərçəkənə 49 500 lari məbləğində maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.