Gürcüstanda dövlət məmuru casusluq ittihamı ilə saxlanılıb-VİDEO
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə xarici xüsusi xidmət orqanlarının xeyrinə fəaliyyət göstərən şəxsin saxlanılması barədə məlumat yayıb.
Xeber.ge xəbər verir ki, bu barədə qurumun keçirdiyi xüsusi brifinqdə bildirilib.
İstintaqın məlumatına görə, həmin şəxs müəyyən edilmiş tapşırıqlar əsasında məlumatların toplanması və xarici tərəfə ötürülməsini həyata keçirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi açıqlamasında qeyd olunub ki, casusluq ittihamı ilə həbs edilən şəxs dövlət məmurudur (ictimai xidmət əməkdaşıdır).
Hazırda faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin hansı ölkənin xüsusi xidmət orqanları ilə bağlı olduğu və ötürülən məlumatların xarakteri barədə əlavə məlumat verilmir.