Qardaş qardaşı bıçaqlayıb
Tsalencixa bələdiyyəsində qardaş qardaşını bıçaqlayıb.
Hadisə Medani kəndində baş verib.
Xəsarət alan şəxsin həyatı üçün təhlükə yoxdur.
Bıçaqlayan şəxsə gəlincə, o, polis bölməsinə aparılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə , faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (117-ci) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar məlum deyil.
mənbə: interpress