Gürcüstanda Mtsxetoba-Svetitsxovloba bayramı qeyd olunur

Oct 14, 2026 - 11:11
 0  10
Gürcüstanda Mtsxetoba-Svetitsxovloba bayramı qeyd olunur

Gürcüstanda oktyabrın 14-də ölkənin ən mühüm dini bayramlarından biri olan Mtsxetoba-Svetitsxovloba qeyd edilir. Bayram İsa Məsihin xitonuna və Həyatverən Sütuna həsr olunub.

 XEBER.GE xeber  verir ki, Bayramın əsas tədbirləri ölkənin qədim paytaxtı Mtsxetada, Svetitsxoveli kafedralında keçirilir. Burada səhər saatlarından etibarən ibadətlər təşkil olunur və ölkənin müxtəlif bölgələrindən gələn möminlər bir araya toplaşırlar.

 Şəhərdə həmçinin konsertlər, idman tədbirləri, sərgilər, kənd təsərrüfatı məhsullarının yarmarkası və digər əyləncəli tədbirlər keçirilir. Gürcüstanda bu gün qeyri-iş günü hesab olunur.