Yol qəzasında 2 yeniyetmə yaralanıb

Kutaisidə avtomobil qəzası baş verib.
Bu barədə yerli mətbuat “İnfo İmereti” məlumat yayıb.
Avtomobil Balaxvanidə David Ağmaşenebeli abidəsi yaxınlığında elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə patrul və kriminal polis, həmçinin xilasetmə və təcili tibbi yardım briqadaları səfərbər olunub.
mənbə: interpress