Külli miqdarda narkotik maddə saxlama və satmaq cəhdinə görə bir nəfər saxlanılıb

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş və hazırda şərti məhkumiyyətdə olan, 1992-ci il təvəllüdlü T.L. xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satmaq cəhdində ittiham olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunan cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumata əsasən, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin üzərində və onun göstərdiyi yerlərdə aparılmış axtarış zamanı satış məqsədilə gizlədilmiş xüsusilə böyük miqdarda “Alfa-PVP” adlı narkotik vasitə maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı tərsiya maddələri ilə aparılır.
mənbə: interpress