Tbilisi Şəhər Məhkəməsi "Milli Hərəkat"ın lideri Giorgi Baramidzeni 2 ay müddətinə həbs edib
Tbilisi Şəhər Məhkəməsi ENM-in (Milli Hərəkat) lideri, saxlanılan Giorgi Baramidzeyə qarşı qətimkan tədbiri olaraq 2 aylıq ilkin həbs qətimkan tədbiri seçib – qərarı hakim Eka Barbakadze elan edib.
XEBER.GE xeber verir ki, məhkəmə iclasında müxalifətçi siyasətçinin həbs edilməsini ittiham tərəfi tələb edirdi.
Prokurorluq Giorgi Baramidzeyə qarşı təxribat (sabotaj) maddəsi ilə ittiham irəli sürüb və qətimkan tədbiri qismində həbs tələb edir.
Siyasətçinin saxlanılmasına səbəb kimi istintaq orqanı iyul ayında Yaqo Xviçiyanın "Saqartvelos dabadeba" (Gürcüstanın doğuluşu) verilişində Abxaziya müharibəsi ilə bağlı səsləndirdiyi bəyanatı göstərir.