Xaşuridə güclü külək ciddi ziyan vurdu

Dec 14, 2025 - 15:02
 0  32
Xaşuridə güclü külək ciddi ziyan vurdu

Şida Kartlidə təbii fəlakət – güclü külək nəticəsində Xaşuri şəhərində və bələdiyyəyə daxil olan kəndlərdə yaşayış evlərinin damları zədələnib, elektrik ötürücü xətlər sıradan çıxıb və bir neçə ərazidə ağaclar aşıb.

Xeber.ge xeber  verir ki, bu barədə “Kartli Ambebi” məlumat yayıb.

Xaşuri meriyasının bildirdiyinə görə, çətin meteoroloji şəraitin yaratdığı problemlərin aradan qaldırılması üçün bələdiyyə ərazisində işlər bütün gecə fasiləsiz rejimdə aparılıb.