Üç nəfəri bıçaqla yaraladı
Tbilisi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim olunan sübutları tam şəkildə qəbul edərək, ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə təqsirləndirilən şəxsi günahkar bilib və onu 19 il müddətinə azadlıqdan məhrum edib.
Xeber.ge xeber verir ki,
Qurumun məlumatına görə, məhkəmə prosesində araşdırılan sübutlarla təsdiqlənib ki, mayın 4-də Tbilisidə, Qrmageli metro stansiyası yaxınlığında təqsirləndirilən şəxs mübahisə zamanı üç nəfərə bıçaqla bədənin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Alınan xəsarətlər nəticəsində bir nəfər həyatını itirib, digər iki nəfərin isə vaxtında göstərilən tibbi yardım sayəsində həyatı xilas olunub.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi ertəsi gün saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 19 və 109-cu maddəsinin “l” bəndi (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) üzrə ittiham irəli sürülüb, – deyə qurumun açıqlamasında bildirilir.