Şalva Papuaşvili rəsmi səfərlə Cenevrəyə gedib

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Jenevəyə rəsmi səfərə yola düşüb. O, Parlament Sədrlərinin Ümumdünya Konfransında (IPU) iştirak edəcək və tədbir çərçivəsində keçiriləcək ümumi debatlarda çıxış edəcək.
Bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Şalva Papuaşvilinin bir sıra ölkələrin parlament sədrləri ilə yüksək səviyyəli görüşləri planlaşdırılıb.
Konfrans və görüşlərdə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze də iştirak edəcək.
mənbə: interpress