“Dünən Daxili İşlər naziri təyin olunan bu adam ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı
„Dünən daxili işlər naziri təyin olunan bu adam, ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı, amma indiki hakimiyyət onu nazir postuna yüksəltdi."
Bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili apellyasiya məhkəməsində çıxışı zamanı bildirib.
„Dünən daxili işlər naziri təyin olunan bu adam, ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı, amma indiki hakimiyyət onu nazir postuna yüksəltdi. Bu, mənim vaxtımla indiki rejim arasındakı fərqdir. Biz ən yaxşıları yüksəldirdik, ən yaxşılar irəli gedirdi və dünya səviyyəsində tanınırdılar. Onların çoxu indi biznes konsultantlarıdır və bu insanlar həqiqətən çıxış yolu tapacaq, çünki bizim dövrümüzün ən qürurlu nümayəndələri olublar. Məqsədimiz bu mübarizəni genişləndirmək və gücləndirməkdir. Mən boşuna gəlməmişəm, boşuna özümü qurban verməmişəm. Görürsünüz, dostlar, mənim uzun illər əvvəl xəbərdar etdiyim, qorxduğum, qışqırdığım hər şey tamamilə doğrudur. Anlamalıyıq ki, bütün çətinliklərə baxmayaraq, bu rejim demək olar ki, sona çatıb“ – deyə Saakaşvili vurğulayıb.
Qeyd edək ki, daxili işlər naziri Vaxtanq Gomelauri dünən vəzifəsindən istefa verib. Onun yerinə nazir postuna Qela Qeladze təyin olunub. Qeladzenin namizədliyi Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən dünən təqdim edilib.
mənbə: interpress