Gürcüstan Hökumət Administrasiyasında qiymət artımı ilə bağlı kritik toplantı
Gürcüstan Hökumət Administrasiyasında məhsul qiymətləri ilə bağlı distribütor şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
Xeber.ge xeber verir ki,
Distribütor şirkətlərin nümayəndələri müstəntiqlərin ofislərdə görünməsinin onlar üçün gözlənilməz olduğunu bildiriblər. Şirkət rəsmilərinin sözlərinə görə, məhkəmə yolu ilə tələb olunan həmin sənədləri Rəqabət Agentliyi adi qaydada da əldə edə bilərdi.
Buna baxmayaraq, şirkətlər yaranmış problemlərin həlli və məsələlərin aydınlaşdırılması üçün bütün zəruri məlumatları təqdim etməyə hazır olduqlarını bəyan ediblər.