Gürcüstanda 14 milyon lari dəyərində narkotik satan iki xarici vətəndaş saxlanılıb
Xarici ölkənin iki vətəndaşı külli miqdarda - təxminən 40 kiloqram narkotik vasitənin satışı faktı ilə əlaqədar saxlanılıb.
XEBER.GE xeber verir ki, DİN bu barədə rəsmi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, "qara bazar"da müsadirə olunan narkotik vasitələrin təxmini dəyəri 14 milyon laridən çoxdur. Şəxslərin üzərində və göstərdikləri ünvanlarda aparılan axtarışlar zamanı 117 bükмяdə 12 kiloqrama yaxın "metadon" və 267 bükмяdə 28 kiloqrama yaxın "həşiş" maddi sübut kimi götürülüb.
İstintaq müəyyən edib ki, xarici ölkə vətəndaşları narkotikləri Gürcüstanın müxtəlif regionlarında əvvəlcдən seçilmiş yerlərə yerləşdirir, daha sonra isə müvafiq koordinatları və fotoşəkilləri maraqlanan şəxslərə göndərirlər.
Faktla bağlı başlanan cinayət işi 20 ilə qədər və ya ümurilik azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.