Poniçalada xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxardılar-VİDEO

Nov 19, 2026 - 20:41
 0  6

Xilasedicilər partlayışın baş verdiyi Poniçalada dağıntılar altından azyaşlını sağ çıxarıblar. Uşağın xilas edilməsini hadisə yerində olan sakinlər alqışlarla qarşılayıblar. Xilasedicilər azyaşlını pəncərədən çıxarıblar.

XEBER.GE xeber  verir ki, dağıntılar altından dördüncü şəxsin — daha bir qadının meyitini çıxarıblar.

Bu barədə məlumatı "PrimeTime" nəşrinə Fövqəladə Halların İdarə Olunması Xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, bu gün səhər saatlarında Poniçalada, ilkin ehtimala görə, təbii qazın sızması nəticəsində güclü partlayış baş verib. Hazırda dağıntılar altında qalan 6 nəfərin (onlardan 2-si uşaqdır) axtarış-xilasetmə işləri davam etdirilir.

Son məlumatlara əsasən, ümumilikdə 4 yaralı (biri azyaşlı olmaqla) klinikaya yerləşdirilib.