Kvemo Ponçalada dağıntılar altından daha bir qadının meyiti çıxarılıb-VİDEO
Kvemo Ponçalada yaşayış binasının dağıntıları altından xilasedicilər daha bir qadının meyitini çıxarıblar.
XEBER.GE xeber verir ki, bu barədə Fövqəladə Halların İdarəetmə Xidmətinin rəhbəri Temur Mğebrişvili mediaya məlumat verib.
Onun sözlərinə görə, indiyədək dağıntılar altından ümumilikdə üç nəfərin meyiti çıxarılıb. Onlardan ikisi qadın, biri isə uşaqdır.
Bundan əvvəl xilasedicilər dağıntılar altından 3 yaşlı qızı sağ və xəsarət almamış vəziyyətdə çıxarıblar.
Hazırda dağıntılar altında daha 3 nəfər axtarılır. Onlardan birinin uşaq olduğu ehtimal edilir.