Fransanın Nant şəhəri Tbilisi ilə “represiyalar səbəbilə” əməkdaşlığı dayandırır

Fransanın Nant şəhəri, Tbilisi ilə 1979-cu ildən bəri qardaşlaşmış şəhər statusunda olan tərəfdaşlığını 49 ildən sonra “müvəqqəti olaraq” dayandırır.
Yerel mediada yayılan məlumata görə, Nant şəhər rəhbərliyi münasibətləri “dondurmaq” qərarı alıb, lakin bəyan edib ki, “Nantdakı assosiasiyalar və vətəndaş cəmiyyəti vasitəsilə maraqlı gürcü tərəflərə dəstək verməyə davam edəcək”.
Nant bələdiyyəsinin yaydığı mətbuat açıqlamasında qeyd olunur ki, onlar 2024-cü ilin dekabrından etibarən “Gürcüstanda siyasi vəziyyətdən və müxalifətə qarşı represiyalardan, eləcə də genişmiqyaslı etiraz aksiyalarından ciddi narahatdır”.
Açıqlamada həmçinin qeyd olunur ki, Nant bələdiyyəsi Tbilisi şəhərinin beynəlxalq əlaqələr departamentində illərlə əməkdaşlıq etdikləri bir neçə dövlət qulluqçusunun işdən azad edilməsi ilə bağlı məlumat alıb.
Qeyd edək ki, Nant, Tbilisi və Almaniyanın Saarbrücken şəhərləri arasında üçtərəfli qardaşlaşma sazişi mövcud idi. Bu əməkdaşlıq çərçivəsində Tbilisidə fransız dili dərslərinin təşkili, gürcü orta məktəb şagirdlərinin Fransada qəbulu, konsertlər və gürcü rəqsləri dərsləri kimi layihələr dəstəklənmişdi.
Presse-relizdə bildirilir ki, bu münasibətlərin dayandırılması əməkdaşlıq üçün zəruri şərtlər yerinə yetirilənə qədər qüvvədə qalacaq.
mənbə: marneulifm