Mən mer olmaq niyyətindəyəm – kim kimin əlindən nə alacaq, onu görəcəyik

Jun 5, 2025 - 20:56
 0  13
Mən mer olmaq niyyətindəyəm – kim kimin əlindən nə alacaq, onu görəcəyik

Tbilisi meri Kaxa Kaladze bildirib ki, mer postuna yenidən namizəd olacaq və “bütün radikal qrupları məğlub etmək niyyətindədir”.
“Mən mer olmağa hazırlaşıram və siz bütün radikal qrupları – kim olursunuzsa olun – məğlub edəcəyəm və gürcü xalqı ilə birlikdə sizi təbii yerinizə qaytaracağam,” – Kaladze bu sözləri “TV Pirveli”nin jurnalistinə deyib.

Onun sözlərinə görə, seçki kampaniyasına hazırlıqlar artıq başlayıb. Müxalifətin yerli özünüidarəetmə seçkilərində iştirakı ilə bağlı Kaladze bildirib:

“Görərik, kim kimin əlindən nə alacaq. Onlar göstəriş gözləyirlər, nə deyiləcəksə və nə tapşırılacaqsa onu da edəcəklər. Özləri qərar verə bilməzlər. Nəysə deyirlər ki, guya Tbilisini əlimizdən ala bilərlər. Buyursunlar, iştirak etsinlər, kim kimdən nə alacaq, onu xalq görəcək. Bunu paytaxt sakinləri qərar verəcək.”

Kaladzenin namizədliyi ilə bağlı açıqlama həmçinin İrakli Kobaxidze tərəfindən də verilib. O qeyd edib ki, “Gürcü Arzusu” partiyası 99.9% ehtimalla Kaxa Kaladzeni Tbilisi meri vəzifəsinə namizəd olaraq irəli sürəcək.

mənbə: marneulifm