Tbilisidə parkinq cərimələri azaldılıb

May 21, 2025 - 13:53
 0  23
Tbilisidə parkinq cərimələri azaldılıb

Tbilisidə parkinq cərimələri azaldılıb.


Konkret desək, Gürcüstanın birləşmiş büdcəsinə (konsolidasiyasız) daxilolmalara əsasən,
2025-ci ilin yanvar-aprel aylarında düzgün olmayan parkinqə görə 2 658 092 lari məbləğində cərimə yazılıb, halbuki ötən ilin eyni dövründə bu rəqəm 5 917 214 lari təşkil edirdi.

Eyni zamanda, bu ilin yalnız aprel ayında “Tbilisi Parking” əməkdaşları tərəfindən 726 854 lari məbləğində cərimə tətbiq olunub. Statistikaya əsasən, ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan məbləğ də azalıb.

Daha dəqiq desək, Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında yol hərəkəti qaydalarının pozulmasına görə dövlət büdcəsinə 54 339 998 lari daxil olub, halbuki ötən ilin eyni dövründə bu rəqəm 73 431 433 lari idi.

Qeyd edək ki, 2022-ci ilin payızından etibarən parkinq qaydalarının pozulmasına görə cərimələr artırılmışdı – əvvəl 10 lari olduğu halda, 50 lari olmuşdu.

mənbə: marneulifm