Gürcüstan Baş nazirinin keçmiş müavini DTX-da dindirilməyə çağırılıb

Feb 17, 2026 - 16:03
 0  6
Gürcüstan Baş nazirinin keçmiş müavini DTX-da dindirilməyə çağırılıb

Gürcüstan Baş nazirinin sabiq müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili dindirilmə üçün ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Onunla yanaşı Gürcüstanın Neft və Qaz Korporasiyasının keçmiş Baş direktoru Giorgi Çikovani də DTX-ya dəvət olunub.

DTX-dan bildirilib ki, keçmiş yüksək vəzifəli şəxslər Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən iri neft şirkəti ilə imzalanmış müqavilə ilə bağlı davam etdirilən istintaq çərçivəsində dindirilirlər.

Qeyd edək ki, Levan Davitaşvili 2022-ci ilin fevralından 2025-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini tutub, 2021-ci il iyulun 12-dən isə Baş nazirin müavini olub.

mənbə: apa.az