Qardaşının toyunda 24 yaşlı kişi öldürüldü — şübhəli axtarılır

Oct 27, 2026 - 22:25
 0  20
Qardaşının toyunda 24 yaşlı kişi öldürüldü — şübhəli axtarılır

Polis qardaşının toyunda 24 yaşlı kişini qətlə yetirən şəxsi ölkə üzrə axtarır. Hadisə dünən, oktyabrın 26-da, “Lisi Mere” restoranında baş verib.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyi “TVPirveli” telekanalına qətl faktını təsdiqləyib. Qurumun məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.

Son məlumata əsasən, öldürülən şəxsin Quram Boyko olduğu müəyyənləşib. Onun ailəsi Siğnaği bələdiyyəsinin Tsno ri şəhərində yaşayır.

Versiyalardan birinə görə, toy məclisində iki gənc qrupu arasında mübahisə yaranıb və bu, restoranın qarşısında fiziki qarşıdurmaya çevrilib. Quram Boyko isə münaqişə edənləri ayırmağa çalışıb.

İlkin məlumata görə, 24 yaşlı kişiyə soyuq silahla ölümcül xəsarətlər yetirilib.