Apple ekran problemi olan bu modellərini dəyişdirəcək

Oct 27, 2026 - 22:02
 0  6
Apple ekran problemi olan bu modellərini dəyişdirəcək

"Apple" şirkəti yeni qatlanan iPhone Duo telefonlarının ekranında yaranan nasazlıqlara görə cihazları dəyişdirməyə hazırlaşır.

XEBER.GE xeber  verir ki, istifadəçilər ekranlarda çatlar və xətlərin yarandığını, bəzi cihazları açarkən qeyri-adi səslər eşitdiklərini bildiriblər. Şirkət problemin az sayda telefonda qeydə alındığını açıqlayıb və təsirlənən istifadəçiləri dəyişdirmə üçün müraciət etməyə çağırıb.

7,6 düymlük daxili ekrana malik iPhone Duo-nun qiyməti 3 199 funt sterlinqə qədərdir. Nasazlığın ümumi miqyası hələlik açıqlanmayıb.

 

mənbə: baku.ws