Sarpidə avtomobildəki gizli yerdən 1,7 milyon lari dəyərində qızıl keçirən şəxs saxlanılıb

Oct 5, 2026 - 11:50
 0  20
Sarpidə avtomobildəki gizli yerdən 1,7 milyon lari dəyərində qızıl keçirən şəxs saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Sarpi sərhəd-keçid məntəqəsindən Gürcüstana qanunsuz olaraq külli miqdarda qızıl-zinət əşyaları keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, şübhəli şəxs idarə etdiyi avtomobilin ehtiyat akkumulyatorunda xüsusi düzəнадilmiş gizli yerdən istifadə etməklə 8 kiloqrama yaxın qızıl-zinət əşyasını ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirib.

Hüquq-mühafizə orqanları tərəfindən götürülən qiymətli əşyaların gömrük dəyəri təxminən 1 700 000 lari təşkil edir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi (gömrük sərhədindən külli miqdarda mal keçirmə qaydalarını pozma) ilə istintaq aparılır. Bu cinayət 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.