Rusiya ilə dialoq zəruridir

Nov 20, 2026 - 10:59
 0  12
Rusiya ilə dialoq zəruridir

“Problemlərimiz olan tərəflə danışıqlar aparmaqda təhlükəli heç nə yoxdur, bu, zəruridir”.

  Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının “İmedi Live” proqramında Rusiya ilə birbaşa dialoqun bərpasını şərh edərkən deyib.

Nazir bildirib ki, Rusiya ilə danışıqlar hər kəs tərəfindən alqışlanmalı və qəbul edilməlidir.

“Söhbət ən ciddi problemlərimizin olduğu ölkədən gedir. Əgər biz bu problemlərin həllindən və ya nizamlanmasından danışırıqsa, dialoq və müzakirə olmadan buna nail olmaq təbii ki, mümkün deyil”, - deyə XİN başçısı əlavə edib.

Maka Boçorişvili Gürcüstan və Rusiya nümayəndələrinin görüşü üçün Minsk şəhərinin seçilməsi məsələsinə də toxunub. O vurğulayıb ki, seçilən məkan bütün tərəflər üçün məqbul olmalı idi.

Qeyd edək ki, ötən gün Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçirilib. Bu görüşlə Tbilisi və Moskva arasında birbaşa dialoq bərpa edilib.

 

mənbə: apa.az