Mamuka Mdinaradzeyə polkovnik rütbəsi verilib
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sərəncamı ilə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradzeyə növbəti xüsusi rütbə verilib.
Xeber.ge xəbər verir ki,
"Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi vitse-polkovniki Mamuka Mdinaradzeyə vaxtından əvvəl növbəti yuxarı xüsusi rütbə — 'Dövlət Təhlükəsizliyi Polkovniki' rütbəsi verilsin".
Qeyd edək ki, son bir neçə ay ərzində İrakli Kobaxidze komanda yoldaşına ard-arda xüsusi rütbələr təqdim edib. Mdinaradzenin rütbə xronologiyası belədir:
- 2025-ci il, 3 sentyabr: Dövlət Təhlükəsizliyi Leytenantı;
- 2025-ci il, 23 oktyabr: Baş Leytenant;
- 2025-ci il, 25 dekabr: Dövlət Təhlükəsizliyi Kapitanı;
- 2025-ci il, 26 dekabr: Dövlət Təhlükəsizliyi Mayoru;
- 2026-cı il, 9 mart: Dövlət Təhlükəsizliyi Vitse-polkovniki;
- 2026-cı il, 8 aprel: Dövlət Təhlükəsizliyi Polkovniki.
Mütəxəssislər qeyd edir ki, rütbələrin bu qədər qısa müddət ərzində və vaxtından əvvəl verilməsi ölkənin təhlükəsizlik sistemində nadir hallardan hesab olunur.