Marneuli-Bolnisi yolunda zəncirvari qəza olub

Marneuli-Bolnisi yolunda zəncirvari qəza olub.
Məlumata görə, hadisə yolun Qızılhacılı kəndi hissəsində baş verib.
Əldə etdiyimiz məlumata görə, Opel, Mercedes və Toyota Prius markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alanlar olmayıb, lakin avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
mənbə: interpress