Batumidə yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verib-VİDEO
Noyabrın 6-sı, Milad gecəsi, Batumidə, Baqrationi küçəsinin kəsişməsində yerləşən yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verib.
Xeber.ge xəbər verir ki, ilkin məlumata görə, bir mənzil yanıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə hazırkı vaxta qədər yanğından mühafizə xidməti və polis cəlb olunub. Batumi Meriyasının nümayəndələri də hadisə yerindədirlər.
Yanğının başvermə səbəbi məlum deyil.