Bir qan analizi ilə xərçəngin 17 növünü erkən aşkarlamaq mümkün ola bilər

Nov 29, 2026 - 14:19
 0  9
Bir qan analizi ilə xərçəngin 17 növünü erkən aşkarlamaq mümkün ola bilər

Yeni qan testi xərçəngin 17 müxtəlif növünü erkən mərhələdə aşkarlaya bilər.

XEBER.GE xeber  verir ki, xərçəngin erkən mərhələdə aşkar edilməsi müasir tibbin ən mühüm problemlərindən biri olaraq qalır. Alimlər bu istiqamətdə yeni imkanlar axtarmağa davam edirlər. Son araşdırmaya görə, bir qan analizi vasitəsilə xərçəngin 17 müxtəlif növünü müəyyən etmək mümkün ola bilər.

Təcrübədə yaşı 50 və daha yuxarı olan 35 mindən çox yetkin şəxs iştirak edib. Onlar xərçəngin ilkin mərhələdə aşkarlanması üçün hazırlanmış innovativ testdən keçiblər. Test qan dövranında mövcud olan DNT-nin ən kiçik fraqmentlərini belə analiz edir. Qeyd edək ki, həkimlər xərçəng diaqnozu qoyarkən məhz bu fraqmentlərdəki xüsusiyyətlərə əsaslanırlar.

Nəticədə test yumurtalıq, ağciyər və süd vəzi xərçəngi də daxil olmaqla 17 müxtəlif şiş növünün əlamətlərini uğurla müəyyən edib.

Tibb mütəxəssislərinin sözlərinə görə, yeni yanaşma hələlik mövcud xərçəng skrininq müayinələrini əvəz etmir. Bununla belə, yaxın gələcəkdə xəstəliyin erkən mərhələdə aşkarlanmasında mühüm rol oynaya bilər.