Tbilisinin mərkəzində ağır yol qəzası: Ölənlər var

Feb 10, 2026 - 12:36
 0  41
Tbilisinin mərkəzində ağır yol qəzası: Ölənlər var

Tbilisinin Zakariya Paliaşvili küçəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xəbər verir ki, "İnterpressnews" agentliyinə istinadən bildirir ki, hərəkətdə olan avtomobildə olan iki nəfərdən biri hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü isə ağır xəsarətlərlə klinikaya yerləşdirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə istintaq başladılıb. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.