Marneulidə qəsdən adam öldürməyə cəhd: 23 yaşlı gənc saxlanılıb

Apr 9, 2026 - 11:16
 0  57
Marneulidə qəsdən adam öldürməyə cəhd: 23 yaşlı gənc saxlanılıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb.

  Xeber.ge xəbər verir ki, əməliyyat nəticəsində 2001-ci il təvəllüdlü R.A. yaxalanıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsi ərazisində aralarında yaranmış mübahisə zəminində 1970-ci il təvəllüdlü R.X.-ya soyuq silahla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilir.

Polis tərəfindən "isti izlərlə" keçirilən əməliyyat tədbirləri nəticəsində R.A. hadisə yerindəcə saxlanılıb. Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.