Batumidə qanunsuz onlayn kazino obyektinin üstü açıldı
Batumidə xüsusi icazə olmadan gizli sahibkarlıq fəaliyyəti göstərən obyekt aşkar edilib.
Bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
XEBER.GE xəbər verir ki, əməliyyat nəticəsində bir şəxs saxlanılıb, digər şəxs barəsində isə qiyabi olaraq cinayət təqibinə başlanılıb.
Təqsirləndirilən şəxslər maskalanmış şəkildə onlayn oyun obyekti quraraq, lazımi icazə olmadan internet vasitəsilə xarici qumar saytlarına canlı yayım ("streming") təşkil ediblər.
Obyekt qanuni şəkildə fəaliyyət göstərsəydi, dövlət büdcəsinə lisenziya rüsumu kimi 100 000 lari ödənilməli idi.
Hazırda bu cinayət əməlində əli olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün intensiv istintaq tədbirləri sürdürülür.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (Qrup halında qanunsuz sahibkarlıq fəaliyyəti) ilə aparılır.
Bu maddə üzrə təqsirləndirilən şəxsləri 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.