İspaniyada üçgünlük ümummilli matəm elan edilib

Oct 28, 2026 - 21:26
 0  7
İspaniyada üçgünlük ümummilli matəm elan edilib

İspaniyada onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.

 XEBER.GE xeber  verir ki,  bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.

"İspaniya kədər içindədir. Hökumət və bütün dövlət zərərçəkənlərin və onların ailələrinin yanındadır", - Sançes deyib.

İspaniyada dəmir yolu qəzası Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, azı 68 nəfər həlak olub.

 

mənbə: report.az