Tbilisi Mərkəzi Vağzalının yenidən qurulmasına 7 milyon lari ayrılıb

Oct 28, 2026 - 11:44
 0  22
Tbilisi Mərkəzi Vağzalının yenidən qurulmasına 7 milyon lari ayrılıb

Layihənin dəyəri təxminən 7 milyon lari təşkil edir, işlərin 2027-ci ilin payızında başa çatdırılması planlaşdırılır

XEBER.GE xeber  verir ki, “Gürcüstan Dəmir Yolu” SC Tbilisinin Mərkəzi Dəmiryol Vağzalında — “Tbilisi Central”da üç platformanın yenidən qurulmasına başlayıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Mövcud platformaların söküntüsünə artıq başlanılıb. Onların yerində hazırkı platformalardan daha hündür, müasir platformalar inşa ediləcək.

Layihə həmçinin platformalar arasındakı yeraltı keçidin və vağzal binasından çıxan pilləkənin ləğvini nəzərdə tutur. Pilləkənin əvəzinə dörd eskalator quraşdırılacaq.

Bundan əlavə, vağzalda sərnişinlərin gözləmə zonaları yenilənəcək, platformalarda isə yanğın əleyhinə sistem və qəza işıqlandırması quraşdırılacaq.