Marneulidə kişini bıçaqlayan şəxs saxlanıldı
Marneulidə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan bir nəfər saxlanılıb.
XEBER.GE xeber verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yerləşən mağazalardan birində mübahisə zamanı bıçaqla kişiyə ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralı tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Polis əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlini hadisədən dərhal sonra saxlayıb. Cinayətdə istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.