Yaşlı kişinin qətli ilə bağlı bir nəfər saxlanılıb

Mar 11, 2025 - 12:16
 0  59
Yaşlı kişinin qətli ilə bağlı bir nəfər saxlanılıb
: :
playing

Şida Kartli Polis İdarəsi ailə üzvünün qəsdən öldürülməsi ittihamı ilə bir nəfəri isti izlərlə saxlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi üzrə, yəni ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən öldürülməsi faktı ilə davam edir.

Mövcud məlumata görə, saxlanılan şəxs qətlə yetirilmiş şəxsin nəvəsidir.

mənbə: Interpress