Acarıstanda narkotik əməliyyatı: Rusiyalı "narkokuryer" saxlanılıb

May 10, 2026 - 11:32
 0  8
Acarıstanda narkotik əməliyyatı: Rusiyalı "narkokuryer" saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin   Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs yaxalanıb.

Xeber.ge xeber  verir ki, cinayət faktı ilə bağlı Rusiya Federasiyasının vətəndaşı saxlanılıb.

Polis əməkdaşları Batumi şəhərində saxlanılan şəxsin üzərinə və müvəqqəti yaşadığı mənzilə baxış keçiriblər.

Baxış zamanı, həmçinin şübhəli şəxsin göstərdiyi yerlərdən satış üçün hazırlanmış külli miqdarda "qurudulmuş marixuana" maddi sübut kimi götürülüb.

Narkotik vasitələrlə yanaşı, maddələrin qablaşdırılması və paylanılması üçün nəzərdə tutulan xüsusi vəsaitlər və materiallar da polis tərəfindən müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı (Narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması) və 260-kvarta (Narkotik vasitələrin realizəsinə köməklik göstərilməsi) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.