Gürcüstanda qızılın qiyməti artdı: 999 əyar qızılın qramı neçəyədir?

May 10, 2026 - 14:59
 0  17
Gürcüstanda qızılın qiyməti artdı: 999 əyar qızılın qramı neçəyədir?

Dünya birjalarında qızılın qiymətində artım müşahidə olunur.

Son hərracların nəticələrinə əsasən, qiymətli metalın dəyəri yenidən yüksəlib.

Xeber.ge xeber  verir ki, 1 unsiya qızılın qiyməti 16 dollar artaraq 4 715 dollar təşkil edib.

 Qiymətli metalın dəyəri gün ərzində 0,34% artıb.

Son bir ay ərzində qızılın qiymətində 1,95% azalma qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə illik artım rekord həddə – 41%-ə çatıb.

Qlobal birjalardakı artım Gürcüstanın yerli bazarındakı qiymətlərə də təsir edib. Son məlumatlara görə:

Gürcüstanda 999 əyardan olan qızılın 1 qramının orta satış qiyməti 413 lari təşkil edir.

Yerli bazarda günlük artım təxminən 3 lari civarında olub.

Ekspertlər qlobal iqtisadi qeyri-müəyyənlik fonunda qızılın etibarlı aktiv kimi cəlbediciliyini qoruyub saxladığını bildirirlər.