Hazırda Tbilisi... - Video
Bu gün Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək. Tbilisi vaxtı ilə 12:00-da başlaması gözlənilən iclas zamanı parlamentin spikeri, vitse-spiker, eləcə də komitə rəhbərləri seçiləcək.
Ölkədə parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb.
Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçirib.
Hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binasının xidməti girişlərinə aparan küçələri bağlayıb.
Bildirilib ki, əraziyə çox sayda polis əməkdaşları, eləcə də xüsusi təyinatlı qüvvələrin nümayəndələri cəlb olunub.
mənbə: qafqazinfo.az