Didi Didomədə xüsusi əməliyyat-VİDEO

Sep 25, 2026 - 15:47
 0  15

Səhər saatlarında Didi Didomədə killerin saxlanılması məqsədilə xüsusi əməliyyat keçirilib.

XEBER.GE xeber  verir ki, istintaqın məlumatına görə, Tbilisidən Guriyaya gedən killerə saxlanılacağı təqdirdə maddi təminat və penitensiar müəssisədə himayə olunacağı söz verilib.

DİN-in məlumatına görə, cinayətin hazırlanmasında motiv kimi keçmişdə baş vermiş münaqişə göstərilir.

İşdə xaricdə yaşayan "qanuni oğru" "Sripa" ləqəbli şəxs figurasiya edir – gizli istintaq tədbirləri nəticəsində məlum olur ki, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə saxlanılan şəxslər məhz "Sripa" ilə, yəni Aleksandre Kurasbediani ilə əlaqə saxlayıb və qətlin təfərrüatlarını, o cümlədən vaxtını və yerini müəyyənləşdiriblər.

Əməliyyat tədbirləri və istintaq hərəkətləri ilə o da təsdiq olunur ki, təqsirləndirilən şəxslər odlu silah və partlayıcı qurğu əldə edib, qurbanın hərəkət marşrutunu öyrənib, pusqu və hücum üçün əlverişli yer seçib, cinayətin gizlədilməsi planını əvvəlcədən tərtib ediblər.

DİN qeyd olunan faktla bağlı üç nəfəri saxlayıb – iki nəfər Ozurgeti bələdiyyəsində, biri isə Tbilisidə saxlanılıb.

Hüquq-mühafizəçilər həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətkar qrupun üzvlərini cinayəti başa çatdırmamışdən əvvəl saxlayıblar.

Hakimin qərarı əsasında təqsirləndirilən qismində üç nəfər saxlanılıb, xaricdə olan qondarma "qanuni oğru"ya isə qiyabi olaraq ittiham elan olunacaq.

Hüquq-mühafizəçilər təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış nəticəsində maddi sübut kimi kompüter texnikası və mobil telefonlar götürüblər ki, onların vasitəsilə onlar bir-biri və xaricdə olan "qanuni oğru" ilə əlaqə saxlayıblar. Hüquq-mühafizəçilər həmçinin odlu silah və döyüş sursatı götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 18-109-cu maddəsinin "i" bəndi, 223-cü prim maddənin birinci hissəsi və 236-cı maddəsi ilə aparılır ki, bu da 20 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.